...
Dövlətin rəhbərinin kim olmasının məlum olmaması mümkün deyil. çünki bu, Ermənistanda potensial böhrana gətirib çıxara bilər. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan belə bir açıqlama edib. onun sözlərinə görə, Ermənistan konstitusiyasında idarəetmə prosesini çətinləşdirən müddəalar var. Paşinyan yenidən ölkədə idarəetmə sistemini dəyişməyə və parlament idarə-üsulundan prezident sisteminə keçməyə hazır olduğunu deyib. Ekspertlər hesab edirlər ki, Paşinyanın prezident idarə üsuluna qayıtmaq istəyinin səbəbi onun Ermənistanda hakimiyyətə nəzarəti itirməklə bağlı narahatlıqlarıdır. Politoloq Elxan Ələsgərov bildirir ki, Paşinyanın Ermənistanın prezident idarəetmə sisteminə keçidlə bağlı bəyanatı onun ermənistan siyasətində öz şəxsi gələcəyi ilə bağlı baxışlarını əks etdirir. Ekspetlərin sözlərinə görə, Ermənistandakı siyasi qeyri-müəyyənlik, konstitusiyaya dəyişiklik təklifləri, bəyanatlar bir şeyi deməyə əsas verir: Ermənistan rəhbərliyi ölkədə siyasi sabitliyi təmin edə bilmir. Ermənistanda hüquqi dövlətin əsasını təşkil edən konstitusiyon dayanıqlıq yoxdur.
Məqalədə: