Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib. Bildirib ki, Azərbaycan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək.
Fransa digər separatçı rejimlərdən, məsələn Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxsləri ölkəsinə buraxmır. Bu qayda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejiminə niyə şamil olunmur? Fransa özünün ərazi bütövlüyünə təhlükə yaradan separatizm hallarına qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara niyə göz yumur? Fransanın qərəzli və qeyri-obyektiv mövqe tutması ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasına gətirib çıxarıla bilərmi?
Bu suallarla bağlı studiyamızın qonağı politoloq Elxan Ələsgərovun fikirlərini təqdim edirik.