Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Guya xalq tamamilə əksinqilabçıdır. İnsanlar Paşinyandan iş yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir. Bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan erməni mətbuatına açıqlamları zamanı bildirib.
- Sarkisyan qeyd edib ki, Paşinyan günahı xalqın üstünə ataraq, fəaliyyətinə ciddi səhvlər etməklə başladı. O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü.