ABŞ-da Obama hakimiyyəti zamanı bir neçə məsələ üzərində durulmuşdu. Belə ki, Obama hakimiyyətə gəldiyi zaman həlli istiqamətində addımlar atılmağa başlanılmışdır. Xüsusilə, Əfqanıstandakı ABŞ ordusunun getdikcə tərkibini azaldaraq oradan çıxmaq, ılımlı islam olkəsi adı altında Türkiyə ilə münasibətləri inkişaf etdirmək və İranın nüvə problemini həll etmək. Ələlxüsus da ABŞ Ərəb böhranı zamanı Suriyadakı strategiyasını Türkiyə üzərindən reallaşdırmaq niyyətində idi. Bu baxımdan Obama Türkiyə ilə münasibətləri "model ortaqlığ"ı layihəsi çərçivəsində inkişaf etdirməyi planlaşdırırdı. Daha sonra isə ABŞ Türkiyəyə yeni tələblər qoymağa başladı və bu tələblərdən biri də qonşularla sıfır problem dilomatiyası altında Ermənistanla münasibətlərin düzəldilməsi idi. Lakin Türkiyə ABŞ-ın bu və digər tələblərin əsasən regionda sıfır problem diplomatiyasının əksinə qonşu ölkələrin hamsı ilə problem yaşamağa başladı.
ABŞ, Türkiyə ilə İsraili Orta Şərqdə mərkəz ölkə kimi görmək istəyirdi, lakin Türkiyə ABŞ-ın göstərişləri üzərinə səhvlər buraxmaq məcburiyyətində qaldı. Beləliklə, Ankaranın Orta Şərqdə mövqeyi zəifləməyə başladı. Ankara, Vaşinqton üçün Orta Şərqdə əhəmiyyətli srateji tərəfdaş olaraq görülürdü. Çünki regionda İrana qarşı mübarizə apara biləcək yegane ölkə Türkiyə olaraq görülür. Nəticə etibarı ilə ABŞ-ın təkidləri üzərinə Türkiyə Orta Şərqdə və Suriyada gözlənilənləri vermədi. Beləcə, radikal islamçıların sayı durmadan artdı və teror təşkilatlarının fəallaşması istər istəməz ABŞ-ı düşünməyə vadar elədi, çünki Orta Şərqdə terror təşkilatlarının bir gün Vaşinqtona tərəf istiqamətlənəcəklərini yaxşı bilirdilər. Digər tərəfdən, İranın artan gücü və radikal islamçıları idarə edə və yaxud qarşısını ala biləcək qüvvəyə sahib olması ABŞ-ı vadar edirdi ki, İranla diplomatik masa arxasında əyləşərək nüvə razılığının əldə olunması barədə danışıqlar başladılsın. Həmçinin ABŞ-ın son illərdəki siyasi uğursuzluğu və Orta Şərqdəki nüfuzunun zəifləməsi, Rusiyanın isə əksinə mövqeyinin daha da güclənməsi Vaşinqtonu yeni stratejik addımlar atmağa vadar edirdi. Xüsusilə də, Ukraynadakı hadisələrə lazimi təsiri göstərə bilməməsi və bunun qarşılığında Rusiyaya qarşı sanksiyaıar tətbiq etmək qərarına gəldi. Lakin sanksiyalarında yetərincə effektiv olmadığını görən Vaşinqton Tehranla yaxınlaşaraq Orta Şərqdəki vəziyyətə nəzarətə etməyə və Rusiyanı İranın vəziyyətinə salmağa çalışırdı. Bir sözlə, Vaşinqton bu yolla həm də Kremli yalnızlaşıtırmağı planlaşdırırdı. Bütün bu proseslərin fonunda Türkiyə ABŞ-dan gözlənilənləri ala bilməməsi ilə onun strategiya dəyişikliyinə getməsinə gətirib çıxartdı. Bu hadisələrin timsalında Ankara Moskova ilə yaxınlaşaraq yeni strategiya müəyyən etdi.
ABŞ-ın gələcək prezidenti Donald Trump isə heç də Obama kimi düşünmürdü. Obama dövründə İranla nüvə razılığı əldə olunsa da Trump seçki kampaniyası ərəfəsində əldə olunmuş razılığın qüvvəyə minməməsi üçün əlindən gələni edəcəyini bildirmişdir. Belə ki, D.Trump prezident seçildikdən sonra İrana qarşı sərt bəyanatlarla çıxış etməyə başladı və əldə olunmuş nüvə razılığını tanımadığını bildirdi. Yəni Obamanın illərlə qurmağa çalışdığı strategiyanı Trump qəbul etməklə qalmayıb dəyişdirməyə başladı. Trump İranla münasibətlərində gərginlik yaratdığı bir vaxtda Türkiyə ilə də münasibətlərində gərginlik yaşamağa başladı. Xüsusilə, ABŞ-Türkiyə müasibətlərinin son 100 illinə baxsaq görərik ki, əlaqələr bu qədər gərgin olmamışdı. Vaşinqtonun Tehran, Ankara ilə gərginlik yaşadığı bir zaman da Moskva ilə də münasibətlər də gərginlik yaşaması onun Orta Şərqdəki mövqeyinin daha da zəifləməsinə gətirib çıxarırdı. ABŞ Orta Şərqdə Türkiyə və İrandan imtina edərək Səudiyyə Ərəbistanla liderlik etmək qərarında idi. Lakin Səudiyyənin ABŞ-ın maraqlarını təmin etməsi baxımdan regionda İsrail, İran və Türkiyə qarşısında çox zəif qaldığını ifadə edə bilərik. Bir sözlə, ABŞ-ın Orta Şərqdə xüsusilə də, Suriyada əl-qolunun bağlandığını ifadə edə bilərək. Trump siyasi yalnışlıqlara yol verdiyi bir zamanda qarşı tərəfdə Türkiyə, Rusiya və İran Suriya məsələsinin həlli istiqamətində addımlar atmaq üçün üçlü ittifaq formalaşdırmaq qərarına gəldilər. Beləcə, Suriyanın gələcəyi bu üç ölkə tərəfindən müəyyən ediləcəkdi ki, bu da özünü dünyanın fövqəl dövləti olaraq görən ABŞ- regionda yəni baş verən proseslərdən kənarda qalması demək idi. Bunu görən Trump Rusiya və İrana qarşı mövqeyində dəyişikliyə getməsə də Türkiyə qarşı mövqeyində dəyişikliklərə getmək qərarına gəldi. Bu baxımdan ABŞ-a qarşı reallaşdırılmış Rusiya, Türkiyə və İran ortaqlığı öz təsirinin göstərməyə başladığını vurğulamaq yerinə düşər.
ABŞ Orta Şərqdəki mövqeylərini geri qaytarmaq xüsusilə də Suriyadakı pis vəziyyətdən çıxmaq üçün Türkiyə ilə olan münasibətlərini normallaşdırmaq üçün "zeytin dalı" uzatdığını göstərmək üçün 3 terroristin kəlləsinə pul qoyduğunu elan etmiş oldu. Lakin bunu ABŞ-ın Türkiyəyə qarşı barışıq istəyi adına atılmış böyük bir jest olaraq görülməməlidir. Çünki ABŞ hər zaman regionda terror təşkilatlarına maddi dəstək vermişdir və hazırda da o dəstəyi verməkdədir. Həmçinin Abdulla Öcalana və PKK,PYD kimi terror təşkilatlarına verilən dəstəklər unudulmamalıdır. Əks təqdirdə Türkiyə növbəti dəfə Orta Şərqdə ələlxüsus da Suriyada ABŞ-ın səflərinin əsirinə çevrilə bilər.
Son olaraq isə ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi. Lakin bu sanksiyaların səbənini açıq şəkildə ifadə etməsə də Trump nüvə sazişinin ləğvini bildirib. ABŞ ən son ballistik raket sınağına görə İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.Yeni sanksiyaların raket proqramı ilə əlaqəsi olduğu deyilən 11 müəssisə və şəxsin ABŞ bank sistemindən istifadəsini qadağan edilib. Bu hadisələr isə İrana qarşı beynəlxalq nüvə sanksiyalarına qarşı edilən hadisələrdən sonra baş vermişdir. Bəzi qərb ölkələri də bu sanksiyalarda yaxından iştirak edib. ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq Türkiyə, Çin və Rusiya İran ilə ticarət edəcəklərini bildiriblər. Təbii ki, bu sanksiyalar tətbiq edilməsinin əsas səbəbi İranı Orta Şərqdə və Suriyada mövqeyini zəiflətməkdir. Həmçinin İran daxilində etnik ve müxalif qruplara güclü dəstək verməklə Tehranı daxildən xaosa sürükləməkdir.
Politoloq Ehtiram Aşırlı
Politoloq Ehtiram Aşırlı