"Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanın əleyhinə bəyanatla çıxış etməsi bir çox səbəblərə görə qəbuledilməzdir. Zatulin, Tarasov və onun kimilər erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasındakı strateji münasibətlərini pozmağa çalışırlar. Çox təəssüflər olsun ki, belə insanlar Rusiya parlamentində yüksək mövqelər tuturlar. Belə insanlarla Rusiyaya qonşuları ilə dostluq münasibətlərini qurmaq çox çətin olacaq. Onlar guya Rusiyanı müdafiə edirlər, reallıqda isə Rusiyanı təcrid olunmuş vəziyyətə salıblar. Zatulin kimi şəxslər Qərbin hər tərəfdən sanksiyalara məruz qoyduğu Rusiya kimi dövləti strateji əməkdaşlığı olan ölkələrdən də çirkindirmək istəyirlər. Belə insanlar Rusiyanın özü üçün düşmənlərdən daha böyük təhlükədir. Onlar Rusiyanın milli maraqlarını erməni konyakına qurban verirlər. Belə insarlar Rusiyada hakimiyyətdə təmsil olunduqca bu ölkənin daim qonşuları ilə ciddi problemləri olacaq".
Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.
Ekspertin fikrincə, Zatulinin Azərbaycana qarşı belə bir mövqe sərgiləməsinin bir neçə səbəbi olar bilər: "O, parlamentin üzvüdür və Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsi sədrinin müavinidir. Zatulin qeyd edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. O deyir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. Onun bu cür danışmasının səbəblərindən biri budur ki, ona Ermənistanın yeni hökuməti tərəfindən yaxşı maliyyə vəsaiti ayrılıb ki, Paşinyanın qərbyönüblü olmasını ört-basdır eləsin. Artıq Rusiya mətbuatında Paşinyanın guya rusiyameylli olduğuna dair materiallar yer almağa başlayıb. Halbuki, bir müddət əvvəl Zatulin də daxil olmaqla çoxları Ermənistanın yeni hökumətini anti-Rusiya meylli olmasına görə sərt tənqid edirdi. İndi isə Zatulin Paşinyanı dəstəkləyən bəyanat verir. Bu göstərir ki, Zatulin Ermənistan siyasətinə çox bağlıdır və "konyak diplomatiyası" ilə idarə olunan şəxsdir".
O bildirib ki, digər diqqətçəkən məqam odur ki, bu bəyanat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbədəki söhbətindən sonra səslənib: "Bu görüşdən dərhal sonra Ermənistan rəhbərliyi, o cümlədən ermənipərəst Rusiya siyasətçiləri tərəfindən müxtəlif səpkili təxribatçı bəyanatlar səslənir. Məsələn, Azərbaycan guya KTMT-yə daxil olmaq istəyir. Zatulinin də bu kampaniyaya qoşulması onu bir daha ifşa edir. Bu göstərir ki, Zatulin Rusiyanın yox, Ermənistanın maliyyəsi və konyakı ilə idarə olunan siyasətçidir. Ona görə də Rusiyanın deyil, erməni lobbisinin mövqeyini ifadə edir, onların maraqlarını qoruyur.
Bu həm də MDB-nin mövcud vəziyyətini bariz göstərən hadisədir. Yəni Zatulin necədirsə, MDB-dəki münasibətlər də elədir".
E.Ələsgərov qeyd edib ki, Konstantin Zatulin çox nadürüst və qeyri-stabil insandır: "Onun Azərbaycanın əleyhinə səsləndirdiyi bəyanat diqqətsiz və cavabsız qalmayacaq. Əslində, heç bir dövlət dağılmaqdan sığortalanmayıb. Qərbdə də bəzi müşahidəçilər deyir ki, Rusiya Qərblə mübarizədə dağıla bilər. Lakin bu cür bəyanatını Azərbaycana aid etməsi Zatulinin dünyagörüşünün göstəricisidir. Zatulinin Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu zaman, dövlət başçılarının dəfələrlə görüşməsi və ən son bu yaxınlarda 17 anlaşma imzalanmasından sonra belə bir bəyanat verməsi göstərir ki, içdiyi erməni konyakının həddən artıq təsiri altına düşüb. Xatırladım ki, İrəvanda Hitler Almaniyasına xidmət etmiş və Sovet İitifaqına qarşı vuruşmuş faşist Qaregin Njdenin heykəli qoyulanda bütün Rusiya buna qarşı çıxarkən Zatulin buna bəraət qazandırırdı. Bu, bir daha sübut edir ki, bu şəxs Rusiyanın milli maraqlarını pula və ya başqa şeyə satıb".
Xatırladaq ki, Zatulin Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirilərkən Azərbaycanın rəsmi icazəsi olmadan qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib və bu səbəbdən onun adı Azərbaycan XİN tərəfindən qara siyahıya salınıb.
http://bakunetwork.loc
Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin