Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası ona təqdim edilib.
Bundan əlavə, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.
Rəsmi Bakı bəyan edir ki, ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür.
ABŞ-ın Azərbaycandakı səfirliyi isə bəyan edir ki, ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Birləşmiş Ştatlar və digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır. Səfirliyin məlumatında qeyd olunur: "ABŞ ATƏT-in Minsk qrupu prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının prinsiplərinə (güc tətbiq olunmaması, ərazi bütövlüyünə hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi) əsasən danışıqlar yolu ilə nizamlanması üzrə səyləri dəstəkləyəcək".
Tərəflər arasında siyasi gərginliklə bağlı yaranmış vəziyyəti Milli.Az-a şərh edən "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ siyasəti onun Rusiya ilə münasibətlərinə bağlıdır:
"Moskva ilə Vaşinqton münasibətlərin vəziyyəti Dağlıq Qarabağ məsələsinə də təsir göstərir. Bunların hər ikisi Dağlıq Qarabağ problemini özləri üçün siyasi alət kimi istifadə etməyə çalışır. Əvvəla, ATƏT-in Minsk qrupu kimi bu iki dövlət arasında böyük siyasi qısqanclıq var. Bunlardan hər hansı biri Dağlıq Qarabağ məsələsinin həllində hansısa uğurlu addım atanda və ya onlardan birinin Azərbaycanda, yaxud Ermənistanda nüfuzu artanda digər dövlət mütləq ona qarşı əks tədbirlər görməyə başlayır. Bu baxımdan ermənilərin işğal etdikləri Dağlıq Qarabağda yaratdıqları qondarma rejim ABŞ tərəfindən vasitə kimi istifadə olunur. Məqsəd Ermənistanla Rusiya arasında münasibətləri korlamaq, eyni zamanda, özünün bir sıra maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq göstərməkdir. Ona görə də Bako Saakyanın ABŞ-a səfərinə də məhz bu baxımdan yanaşmalıyıq".
Ekspertin fikrincə, ABŞ rəsmiləri Bako Saakyanın Azərbaycan vətəndaşı, Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olması və saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və bu ölkəyə səfər etməsini yaxşı bilirlər. Lakin bunu bilə-bilə özləri qondarma separatçı rejimin "lideri"nin ABŞ-a girə bilməsinə şərait yaradırlar: "Belə ki, ABŞ-da Rusiyaya təzyiq kimi istifadə edilməsi üçün analitik araşdırmalar gedir. B.Saakyan da onlar üçün hazır mənbədir. Amerikanlar Saakyandan həm regionla bağlı son məlumatlar alırlar, həm də gələcəkdə onun dediklərindən Rusiyaya qarşı istifadə edə biləcəklər. Təbii ki, bu səfər tam qanunsuzdur. Biz bilirik ki, Donald Trampın hakimiyyəti dövründə ABŞ viza rejimini daha da sərtləşdirib. Onlar keçmiş Azərbaycan vətəndaşı, Dağlıq Qarabağda doğulmuş Bako Saakyanın Ermənistan pasportu ilə ABŞ-da getməsinə də ciddi yanaşmalı idilər. Lakin bilərəkdən bunu etmirlər. Çünki ABŞ Dağlıq Qarabağ məsələsindən regionda öz təsirini gücləndirmək mexanizmi kimi yararlanmağa çalışır".
Xatırladaq ki, Azərbaycan XİN artıq bəyan edib ki, ABŞ bu addımı ilə Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub və bu davranışa cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcəkdir.
http://bakunetwork.loc
Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin