...
Bakıda iyunun 3-4-də keçirilmiş Dünya Azərbaycanlılarının 4-cü Qurultayı çox yaxşı ab-havada keçdi. Bu Qurultay Azərbaycan diasporu qarşısında bir sıra vəzifələr və istiqamətlər müəyyən etdi. Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov deyib. Onun sözlərinə görə, əsasən dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan icmalarının rəhbərlərinin iştirak etdiyi Qurultayda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev 3 əsas istiqaməti xüsusi qeyd etdi: "Birincisi, diasporamızın dünyadakı fəaliyyəti təhlil edildi. İkincisi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diaspor təşkilatlarının fəaliyyəti məsələsinə toxundu. Üçüncü istiqamət isə dünyada və ölkədə baş verən iqtisadi proseslərlə bağlı idi. Cəbhədə aprel ayının əvvəlində baş verən hərbi əməliyyatlarla bağlı diaspora üzvlərinə geniş məlumat, ətraflı şərhlər verildi, Ermənistan prezidenti Serj Sarqsyanın "maraqlı" cəhətləri və onun və Ermənistan rəhbərliyinin çaşqınlıqda olması barədə faktlar açıqlanıb. Ən böyük fakt isə odur ki, o, bir çıxışı ərzində 4 dəfə yalan söyləyib. Bütün bunlar barədə prezident İlham Əliyev geniş təhlil verdi". Azərbaycan diasporasının fəaliyyəti məsələsinə gəlincə, ekspertin fikrincə, onlar güclənməlidir: "Bunun üçün hətta prezident dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin ayrılması barədə müvafiq sənəd imzalayıb. Bundan əlavə, diaspora təşkilatlarının fəaliyyətləri arasında olan ziddiyyətləri aradan götürmək lazımdır. Prezident bu və onların fəaliyyətinin daha aktiv olması barədə də konkret tövsiyələrini verdi. Sevindirici məqamlardan biri isə diasporamızın ən fəal nümayəndələrinin Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsindən ibarət idi". E.Ələsgərov qeyd edib ki, Azərbaycan dövləti diasporamız üçün hər cür şərat yaradır, həm siyasi yol göstərir, həm də maddi yardım göstərir: "Təbii ki, qarşıda duran əsas vəzifələr və işlər həmin insanların üzərinə düşür. Son zamanlar Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları aktiv fəaliyyət göstərir və bunu hətta ermənilərin özləri də təsdiq edirlər. Artıq Qurultayda da müəyyən tövsiyələr verilib, istiqamətlər məlumdur. İndi qalır onları operativ şəkildə icra etmək". http://bakunetwork.loc Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin
Məqalədə: